FAKTLAR

ERMƏNİSTANIN EKSPANSİYA ƏMƏLİYYATI

Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xatırladaq ki, həmin dövrdə Azərbaycanın müdafiə naziri Rəhim Qazıyev, baş qərargah rəisi Şahin Musayev, baş qərargah rəisinin birinci müavini isə Səfər Əbiyev idi.
1992-ci ilin 5-6 may tarixlərində Laçın rayonu Ermənistan ərazilərindən hücuma məruz qaldı. Ermənistanın ekspansiya korpusu Laçın, Qubadlı, Zəngilan ərazilərini Mehri, Qafan və Gorus istiqamətlərindən atəş altında saxlayırdılar. Onların məqsədləri ermənilərin sərbəst şəkildə Şuşaya daxil olması və şəhərin tamamilə təslim edilməsi, o cümlədən çox böyük strateji əhəmiyyətə malik olan Laçın ərazisini zəbt etməklə Dağlıq Qarabağı Ermənistana birləşdirmək idi. Mayın 13-14-də Ermənistanın Gorus sərhəd qoşunlarının zirehli texnikaları, 2 dağ atıcı taburu Mi-24 vertolytolarının müşayiəti ilə Qayğı qəsəbəsini və Laçın şəhərini bombardman etdi. Həmçinin may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını ələ keçirdi. May ayının 18-də isə Laçın böyük itkilər verərək tamamilə işğal olundu.
Rayonun işğalını gerçəkləşdirən düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Rayon sakinləri deyirlər ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib. Yerli sakinlərin onların qarşısını almaq istəyi boşa çıxıb.
O zaman Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. O səbəbdən cəbhə bölgələrimizdəki mövqelərimiz nəzarətsiz qaldı və ardıcıl işğal edilən rayonlarımızın sırasına Laçın da əlavə olundu.

Şəkil


AZƏRBAYCAN NEFTİNİ ERMƏNİLƏRƏ KİM SATIB?

Şuşa və Laçın rayonlarının erməni quldurlarının əlinə keçməsini Rəhim Qazıyev o dövrdə belə izah edirdi: "Şuşada və Laçında məğlubiyyətimizin birinci səbəbi mütəşəkkil ordumuzun olmamasındadır. Yəni dünya tarixində görünməyib ki, silahı, təcrübəsi, mütəxəssisi olmayan dövlət müharibə apara-apara 4-5 aya nizami ordu yaratsın. Özü də çox az miqdarda adamların köməyi ilə. Bu, ümumi dövlət səviyyəsində getmir. 3 aydır müqavilə bağlamışam ki, 3 min nəfərlik xüsusi təyinatlı ordu yaransın. Bu günə kimi süründürülür. Amma bu, 3 ay qabaq təsdiq olunsaydı, ordunun bir hissəsi - 600 nəfəri indi hazır idi. Bəs mən nə edim? Şuşa və Laçının işğalı zamanı azərbaycanlılardan ermənilərə işləyənlər olub. Uşaqlarımızı, benzinimizi, ərzağı onlara satıblar, 7 nəfərdən çox casus tutulub. Bunlar xəyanətdir" ("Azadlıq" qəzeti, 8 oktyabr, 1992-ci il).
Qeyd edək ki, həmin dövrlərdə alay komandiri Arif Paşayev R.Qazıyevi qoşunların geri qaytarılmasında ittiham etmişdi. R.Qazıyev isə A.Paşayevin ittihamına belə cavab vermişdi: "Çox qəribədir, müdafiə naziri asılmalıdırsa, polk komandiri mövqeyini qoyub çıxdığına görə tikə-tikə doğranmalıdır" ("Azadlıq" qəzeti, 20 avqust, 1992-ci il).
Həmin dövrdə AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev mətbuatda bildirmişdi ki, Müdafiə Nazirliyinin yuxarı eşelonunda korrupsiya baş alıb gedir: "Rüşvətxorluq adi hal alıb. Rəhim Qazıyevlə söhbətlərimizdə özü şəxsən bu halların olduğunu etiraf edib. Müxtəlif instansiyaların apardığı yoxlamalar həmişə nəticəsiz qalıb. Yəni hər şey ört-basdır edilib. Müdafiə Nazirliyində adicə qeydiyyat işi yox dərəcəsindədir. Ağdam bölgəsində 70 vaqon hərbi sursatdan istifadə olunduğu barədə arayış verilir. Ancaq məlum olub ki, bu sursatın bir hissəsini Bakıdakı "N" saylı hərbi zavoda gətirib zərərsizləşdirərək ştamplayıb mis tullantısı kimi respublikadan kənara çıxarırlar".
F.Quliyev daha sonra Gürcüstana göndərilən 240 ton yanacağın taleyindən narahat olduğunu bildirirdi: "Həmin yanacağın əvəzində bizə göndəriləcək maldan xəbər-ətər yoxdur. Həmin yanacaq Ermənistana satılıb. Hökumət Müdafiə Nazirliyinin təqdimatına əsasən, 110 min nəfərlik ərzaq məhsulları və müxtəlif istehlak malları ayırıb. Ancaq Rəhim Qazıyev özü də etiraf edir ki, onun əsgər və zabiti bu rəqəmdən dəfələrlə azdır. Ordudakı "pripiskalar"a görə dövlətə milyardlarla ziyan vurulub" ("Azadlıq" qəzeti, 20 fevral, 1993-cü il).
F.Quliyevin sözlərindən belə məlum olur ki, erməni quldurlar Azərbaycanın bir sıra rayon və şəhərlərini, o cümlədən Laçını Azərbaycan nefti hesabına işləyən texnika ilə işğal ediblər. Bəs görəsən bu nefti Ermənistana göndərməkdə kimlər maraqlı idi? Bütün bunlar Azərbaycanın hərb tarixinin araşdırılmamış, qaranlıq səhifələridir.
Lakin müəyyən məlumatlar bir sıra məsələlərə aydınlıq gətirə bilər. O zaman Azərbaycan Müdafiə Nazirliyinin rəhbərlərinin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə müxtəlif fikirlər səsləndirilirdi. İsgəndər Həmidovun mətbuata ("Azadlıq", 2 mart, 1993-cü il) verdiyi müsahibəsində də bu fakt təsdiq olunur. "Ordu yaratmaqla paralel müharibə aparmaq üçün mütləq bu nazirliyə yüksək səviyyəli hərbçi rəhbərlik etməlidir. Rusiyanın Gəncədə yerləşən diviziyasının komandiri general Şerbak İsa Qəmbərova, Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniya Pənah Hüseynova bir neçə dəfə bildirib ki, Rusiya rəhbərliyi, xüsusən müdafiə naziri Pavel Qraçov Azərbaycanda müdafiə nazirinin dəyişdirilməsini istəmir".


CİNAYƏTKARLAR CƏZALANDIRILMALIDIRLAR

Bu gün qanunsuz şəkildə erməni əhalisinin məskunlaşdırılması işini aparan işğalçı tərəf yaşayış məntəqələrini erməni üslubunda yenidən qurur. Hətta Laçın rayonunun adını dəyişib Kaşatağ, şəhərin adını isə Berdzor qoyublar.
Azərbaycanda isə işğalı həyata keçirən cinayətkarların axtarışı gedir. Hərbi prokurorluq orqanlarının məlumatına görə, Laçın rayonunun işğalı zamanı azərbaycanlılara qarşı cinayət törədən 100-dən artıq şəxs barəsində cinayət işi açılıb və onlar İnterpol vasitəsilə axtarışa verilib. Həmin cinayətkarların əksəriyyəti erməni milliyyətindən olanlardır.
Laçınlılar isə öz doğma yerlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Onların bu arzusunu gözlərində qoymamaq üçün hamımız müqəddəs müharibəyə hazır olmalıyıq...
Mənbə ayna qəzeti


inşAllah mütləq və mütləq torpaqlarımızı qaytaracayıq.

 
SAAT
 
Dil sechimi
 
Unutmayaq
1991-ci il 26 dekabr Xankəndi 1992-ci il 26 fevral Xocalı 1992-ci il 8 may Şuşa 1992-ci il 18 may Laçın
1992-ci il 2 oktyabr Xocavənd 1993-cü il 3-4 aprel Kəlbəcər 1993-cü il 7 iyul Ağdərə 1993-cü il 23 iyul Ağdam
1993-cü il 23 avqust Cəbrayıl 1993-cü il 23 avqust Fizuli 1993-cü il 31 avqust Qubadlı 1993-cü il 29 oktyabr Zəngilan
VALYUTA
 
LUGET
 

Türkçe - İnglizce / İngilizce - Türkçe Çeviri
Kelime:

© 2008 .


.
 
Bugün 3 ziyaretçi (4 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol