AZERBAYCAN HAQQINDA UMUMI MELUMAT
azerbaycan xeritesi




Azərbaycan Respublikası,
Qafqazda, böyük bir hissəsi cənub-qərbi
Asiyaya, şimalda kiçik bir hissəsi ilə Avropaya daxil olan və Xəzər dənizinə sahili olan dövlət. 

Ərazi

Azərbaycan Respublikasının ərazisi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir.

Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir.

 

Sərhədlərin ümumi uzunluğu 3472km, onun 825 km-i su sərhəddidir. Cənubdan İran-la 765 kmTürkiyə ilə 15 km (bəzi məlumatlarda 13 və ya 11), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir. Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466), ən aşağı nöqtə isə -28 m Neftçala rayonu ərazisindədir. orta yüksəklik 657 m-dir.

Əhali

2004-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 faizini şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 faizini kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 faizi kişi, 4 milyon 207 min nəfəri və ya 51 faizi qadınlardır.

 

Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 faizi 0-14 yaşda, 67 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 faizi 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.

 

Əhalinin orta yaşı 31 yaş təşkil edir.

Əhalinin son siyahıyaalınmasının nəticələrinə görə ölkə əhalisinin 86,6 faizi azərbaycanlılar, 2,2 faizi ləzgilər, 1,8 faizi ruslar, 1,5 faizi ermənilər, 5,0 faizi talışlar, 0,6 faizi avarlar, 0,5 faizi türklər, 0,4 faizi tatarlar, 0,4 faizi ukraynalılar, 0,2 faizi saxurlar, 0,2 faizi gürcülər, 0,2 faizi kürdlər, 0,13 faizi tatlar, 0,1 faizi yəhudilər, 0,05 faizi udinlər, 0,12 faizi isə digər millətlərdir.

(2005-ci il taxmini)

Etnik Grup Əhali Faiz
Azərbaycan Türkləri 8.426.000 %90.6[1]
Ləzgi 185.400 %2.2[2]
Rus 151.700 %1.8[3]
Erməni - %1.5[4]
Talış 75.800 %0.9
Avar 42.100 %0.5
Yəhudi 8.000 %0,09
Digər 85.000  %1


Qeyd:
Ermənilərin çox böyük hissəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində yerləşir.

Öz millətinin dilində sərbəst danışa bilən əhalinin bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 faiz olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 faiz təşkil etmişdir.

Əhalinin sayı (01.01.2005-ci il) - 8347.3 min nəfər o cümlədən: kişilər - 4103,7 min nəfər, qadınlar - 4243,6 min nəfər

Dövlət Quruluşu

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis

, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikası-nın dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar RespublikasıRespublikasının Ali Məclisi

, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir. Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar

Dövlət Rəmzləri

Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi

və Azərbaycan Respublikasının Dövlət himnidir.

Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

Paytaxt

BakıAbşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 3 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

 Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

İqtisadiyyat

Azərbaycan Respublikasının milli pul vahidi olan manat1992-ci il avqustun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə buraxılıb. AZN-nın dollarla nisbəti USD 1 = AZN 0,91 və ya USD 1 = AZM 4560. Xırda pul qəpik adlanır və 1 manat 100 qəpiyə bərabərdir. 1 AZN = 5000 AZM-ə bərabərdir.

Azərbaycan respublikasının dövlət büdcəsi 2007-ci il üçün 5,3 milyard manata (6,5 milyard ABŞ dolları) bərabərdir.

Dil

Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir

Azərbaycan diliİran İslam Respublikasında Cənubi Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycanlının da ana dilidir. Rusiya-da, Amerika Birləşmiş Ştatları-nda, Türkiyə-də və Qərbi Avropa

ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonemAzərbaycan əlifbasında 32 hərflə işarə edilir.

 

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

Din

Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışı İslamdır. Digər dinlər bunlardır: Yəhudilik, Xristianlıq, Alban-udi kilsəsi

.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

Azərbaycanda yaşayan xalqların tarixən İslam dininə mənsub olması məlumdur. Hətta Nizami, Füzuli

kimi dünyaca məşhur şəxsiyyətlərin, o cümlədən, adlarının sətirlərlə yer tutacağı bir sıra elm, mədəniyyət, dövlət xadimlərinin məhz mesəlman olması danılmaz faktdır.

 

Ancaq əsrlərlə başqa dinlərin nümayəndələrinə də xoş münasibət göstərən və onların dinlərinə xidmət etməklərinə mane olmayan azəri türkləri bunun qarşılığında İslamiyyət əleyhinə aparılan siyasətlərin qurbanı olub. Dinimizin əsasında yeri olmayan şiə-sünni qarşıdurmasının ən çox dəstəkləndiyi və artıq "tez-tez qanayan yara" halına gətirildiyi coğrafiyalardan ən başlıcalarından biri də ölkəmizdir. Bu isə mənfur qonşularımızın və İslamiyyət düşmənlərinin xeyrinədir.

 

Hal-hazırda Azərbaycanda İslam dini üstün mövqe tutur. Məzhəblərə gəldikdə isə azərbacanlıların çoxu (67%) 12 imam şiələridir. Bu əsasən Səfəvilər (16-18-ci əsrlər) dövlətinin Azərbaycan ərazisində bu məzhəbi təbliğ etməsi ilə bağlıdır.

Bir faktı da qeyd etmək lazımdır ki, "qılınc müsəlmanı" termini azərbaycan xalqına, ələlxüsus da əhalinin əksəriyyətini təşkil edən azəri türklərinə şamil edilə bilməz. Belə ki, Xəzər türklərinin Tək Tanrılıq prinsiplərinə uyğun olan dinə (Atəşpərəstlik deyil) sitayiş etməsi məlumdur. Xəzərlər bir müddət müsəlman-ərəb qoşunlarına qarşı döyüşdükdən sonra elçilər göndərmiş və İslamiyyətin əsl mahiyyətini anladıqdan sonra qəbul etmişdirlər. Hətta bu təslimiyyət günlərimizə qədər davam edən və, Rəbbimizin iznilə, Axirətə qədər davam edəcək sadiqliyə çevrilmişdir.

 
SAAT
 
Dil sechimi
 
Unutmayaq
1991-ci il 26 dekabr Xankəndi 1992-ci il 26 fevral Xocalı 1992-ci il 8 may Şuşa 1992-ci il 18 may Laçın
1992-ci il 2 oktyabr Xocavənd 1993-cü il 3-4 aprel Kəlbəcər 1993-cü il 7 iyul Ağdərə 1993-cü il 23 iyul Ağdam
1993-cü il 23 avqust Cəbrayıl 1993-cü il 23 avqust Fizuli 1993-cü il 31 avqust Qubadlı 1993-cü il 29 oktyabr Zəngilan
VALYUTA
 
LUGET
 

Türkçe - İnglizce / İngilizce - Türkçe Çeviri
Kelime:

© 2008 .


.
 
Bugün 4 ziyaretçi (5 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol